Mayın 15-də Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. (AzərTAc)
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və iclasda iştirak edən digər dövlət başçılarını qarşılayıb.
İclası açan Rusiya Prezidenti Vladimir Putin Birliyin üzvü olan ölkələrin dövlət başçılarına dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirib. Daha sonra hazırda MDB-yə sədrlik edən Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov çıxış edib.
İclasda dövlət başçıları MDB məkanında müxtəlif sahələrdə əməkdaşlığın və inteqrasiya proseslərinin inkişafına dair fikir mübadiləsi aparıblar.
Modern.az