Modern.az

Alim Qasımov “Eurovision”un məşqlərinə başlayıb

Alim Qasımov “Eurovision”un məşqlərinə başlayıb

Təhsil

16 May 2012, 10:09

Azərbaycanın xalq artisti Alim Qasımov  "Bakı Kristal Zalı"nda “Eurovision-2012” mahnı müsabiqəsinini açılış şousunun məşqlərinə başlayıb. Eurovision.az saytına açıqlamasında xalq artisti müsabiqənin final mərhələsində Azərbaycan muğamının ifa edilməsini müsbət qiymətləndirib.

"Bizim fikrimiz Eurovision tamaşaçılarına, gənc nəslə Azərbaycan muğamını təqdim etməkdir",-deyə Alim Qasımov bildirib.

Qeyd edək ki,  məşhur xanəndə mayın 26-da final şousunun açılışında çıxış edəcək. Həmçinin Azərbaycan təmsilçisi Səbinə Babayeva finaldakı çıxışı zamanı "When the Music Dies" mahnısında Alim Qasımovla birgə xüsusi parça ifa edəcək və tamaşaçılara Azərbaycan musiqisinin elementlərini çatdıracaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza