Modern.az AzərTAc-a isitinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev mayın 15-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bir sıra dövlət başçıları ilə görüşüb. Ölkə başçısı Moskvada Böyük Kreml sarayında Qırğızıstan dövlətinin başçısı Almazbek Atambayevlə görüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə olunub. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi vurğulanıb. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunun bildirildiyi görüşdə dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin möhkəm dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı diqqətə çatdırılıb.Prezident İlham Əliyev Rusiyaya işgüzar səfəri çərçivəsində Moldova Respublikasının Prezidenti Nikolaye Timofti ilə də görüşüb. Əlaqələrimizin müxtəlif sahələrdə inkişafından məmnunluğun ifadə olunduğu görüşdə dövlət başçıları Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd ediblər. İkitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Modern.az