Modern.az saytı “Birinci ledilər” rubrukasında xarici ölkələrin dövlət başçıarının xanımları barədə məlumatların təqdimatını davam etdirir.
Rubrukanın budəfəki təqdimatı Qazaxıstanın birinci ledisi barədədir. Ölkənin 1-ci prezidenti Nursultan Nazarbayevin həyat yoldaşı Sara Nazarbayeva 1941-ci ildə fevralın 12-də Karaqanda vilayətinin Qızılcar kəndində anadan olub. Gələcək birinci xanım Karaqanda Metallurgiya kombinatı nəzdində olan məktəbi bitirib. İqtisadiyyatçıdır.
2000-ci ildə Qazaxıstan Dövlət Universitetinin professoru adını alıb. Karaqanda metallurgiya kombinatında işləyib.
Sara xanım 1962-ci ildə Nursultan Nazarbayevla ailə həyatı qurub. Onların 3 qızı dünyaya göz açıb. Dariqa Nazarbayeva 1963-cü iildə anadan olub. Dinaranın 45 yaşı var, 1967-ci ildə doğulub. Sonuncu qızı 32 yaşlı Aliyə 1980-ci il təvəllüdlüdür. Sara Nazarbayevanın 6 nəvəsi və bir nəticəsi var. 3 oğlan nəvəsi (1985-ci il təvəllüdlü Nurəli, 1990-cı il təvəllüdlü Altay və Aysultan), 3 qız nəvəsi (2000-ci il təvəllüdlü Venera, 2004-cü il təvəllüdlü Deniza, 2007-ci il təvəllüdlü Tiara) və 2005-ci il təvəllüdlü Alan adlı bir nəticəsi var.
Sara Nazarbayeva 1992-ci ilin fevral ayından “Bobek” respublika uşaq xeyriyyə fondunun yaradıcısı və prezidenti olub. Fond böyüyən nəslin hüquq və maraqlarının qorunmasıyla bağlı problemlərin həllinə yardım göstərir. “Bobek” bütün bölgələrdə yetim körpələrə, şikəstlərə, çoxuşaqlı ailələrə yardım üçün uşaq fondları təşkil edib.
1994-cü ilin iyulundan isə Qazaxıstanın birinci xanımı “SOS-Qazaxıstan kəndinin uşaqları” adlı fondunun prezidenti olub .
1999-cu ilin martından Sara Nazarbayeva “Demoqrafiya” xeyriyyə fondunun qəyyumlar şurasının sədri postunu tutub. Xanım Nazarbayeva mənəvi dəyərlərin oyanması üzrə “Özünüdərk” təhsil proyektinin müəllifidir. Bu proyektin əsas məqsədi insani hissləri oyatmaq, uşaqları özləri və ətraf mühitlə əmin amanlıqda, sülhdə yaşamağı öyrətməkdir .
Bir sıra kitabların müəllifi olan Sara Nazarbayeva ictimai və xeyriyyəçilik faəliyyətinə görə müxtəlif orden və medallarla təltif edilib. Xanım Nazarbayeva uşaqlarla bağlı xeyriyyə işlərinə görə “İhsan Doğramaçı adına Ailə Sağlamlıq Fondu”nun mükafatına da layiq görülüb.
Modern.az