Modern.az-ın məlumatına görə, Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı Litva Pedaqoji Universitetinin rektoru Algirdas Gaizutis ilə görüşüblər.
Litvada keçirilən “Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumunda iştirak edən deputatlar Azərbaycanın Litvadakı fövqaladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə və Litva Pedaqoji Universitetinin rektoru Algirdas Gaizutis ilə görüşüblər. Azərbaycanın bütün sahələrdə Litva ilə əməkdaşlığa böyük önəm verdiyini deyən millət vəkilləri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da inkişaf etməsinin məmunluq yaratdığını deyiblər. Onlar yaxın günlərdə Azrbaycanın Təhsil naziri Misir Mərdanovun Litvaya planlaşdırılan səfərindən sonra iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər. 2007-2015-ci illər xaricdə təhsil proqramına bu ildən Litvanın 2 universitetinin də salındığını vurğulayan deputatlar bunu Azərbaycanın Litva ilə təhsil əlaqələrinin inkişafına verdiyi önəm olduğunu bildiriblər. Bu qərarın Litvada təhsil alan azərbaycanlı gənclərin sayının artmasına səbəb olacağını vurğulayan millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı Litva hökumətinin qərarı ilə hər il 25 azərbaycanlı gəncə Litvada Litva hökuməti hesabına bu ölkədə təhsil alma imkanı yaradılmasının önəmini vurğulayıblar.
Modern.az