Modern.az

Azərbaycanda ŞOK - bir gündə 325 YOLUXMA

Azərbaycanda ŞOK - bir gündə 325 YOLUXMA

3 İyun 2020, 19:11

"Bu gün növbədənkənar brifinq keçiririk. Buna səbəb də ölkədəki epidemoloji vəziyyətdir".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

O deyib ki, hətta ölkə Prezidenti İlham Əliyev də maska taxaraq, nümunə göstərdi:

 

"Bu gün 325 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər ölüb, 5626 test həyata keçirilib. Ümumi yoluxma 6260-dir, ölənlər 76 nəfər, ümumi sağalanlar 3656 nəfərdir. Hazırda 2519 nəfər aktiv xəstə var. Onların yarıdan çoxu Bakıdadır. 96 nəfər reanimasiyadadır, 17 nəfər süni nəfəs aparatına qoşulub".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu