Modern.az

Azərbaycandakı dövlət qoruğunda narkotika...

Azərbaycandakı dövlət qoruğunda narkotika...

Təhsil

16 May 2012, 12:03

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində çətənə kolu əkən şəxs yaxalanıb. Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, mayın 8-də  ETSN-nin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Qoruq ərazisində mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilib. Reyd zamanı Qoruğun Gərəkli sahəsinin 5 saylı dolayının 87-ci kvartalında Balakən rayonu Gərəkli kənd sakini Cavid Dibirov tərəfindən kol-kosdan təmizlənmiş 0,1 hektar sahədə qanunsuz olaraq tərkibində narkotik xassəli maddələr olan 256 ədəd çətənə (kannabaşı) bitkisinin əkilib-becərilməsi faktı aşkar olunub. Faktla bağlı Balakən rayon Polis Şöbəsinə məlumat verilib, həmçinin ərazidəki 256 ədəd çətənə bitkisi polis əməkdaşlarının iştirakı ilə Qoruq ərazisindən çıxarılaraq məhv edilib. Hadisə yerində saxlanılan təqsirkar şəxs C.Dibirov rayon Polis Şöbəsinə təhvil verilib.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza