“Lider Qadinlar” İctimai Birliyinin dəvəti ilə Azərbaycana gələn Beynəlxalq Yerüzü Həkimlər təşkilatının üzvləri regionlarda uşaqlar üçün təşkil olunan xeyriyyə aksiyalarını davam etdirirlər. Bu barədə həyata keçirilən humanitar layihənin təşkilatçısı, millət vəkili Məlahət İbrahimqızı Modern.az-a məlumat verib. Deputatın sözlərinə görə, türkiyəli həkimlərin də qoşulduğu humanitar layihə zamanı Şəmkir rayonunda dovşandodaq, qurdağız və böyrək xəstəliklərindən əziyyət çəkən uşaqlar pulsuz olaraq müayinə və əməliyyat olunublar.
“Həmçinin yüksək ixtisaslı türk həkimlərinin iştirakı ilə Gədəbəy, Şəmkir, Ağstafa və Qazax rayonundan olan həkimlərlə birgə bir sıra seminarlar keçib, təcrübə mübadiləsi aparıblar”-deyə M.İbrahimqızı qeyd edib.Millət vəkilii bildirib ki, türkiyəli həkimlər bu ayın 18-dək xeyriyyə tədbirlərini davam etdirəcəklər.
Qeyd edək ki, millət vəkilləri Sahibə Qafarova və Sevinc Hüseynvova da humanitar kampaniyaya dəstək verərək tədbirlərdə yaxından iştirak ediblər.
|
|
|
|