Modern.az

Deputat: “ATƏT PA-da Azərbaycanla bağlı ciddi məsələ qaldırılmayacaq”

 Deputat: “ATƏT PA-da Azərbaycanla bağlı ciddi məsələ qaldırılmayacaq”

Təhsil

16 May 2012, 13:08

“ATƏT Parlament Assambleyasının Monakoda keçiriləcək sessiyasında Azərbaycanla bağlı ciddi məsələnin müzakirə olunacağı gözlənilmir”. Bu fikirləri millət vəkili, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov Modern.az saytına bildirib. Deputat qeyd edib ki, beynəlxalq təşkilatın iyulun 5-də Monakoda keçiriləcək iclasında Dağlıq Qarabağ və eləcə də ölkəmizdə bağlı hansı məsələnin müzakirəyə çıxarılacağı sual altındadır.

 “Sessiyanın gündəliyi hələlik bilinmir. Azərbaycanla bağlı hansı məsələlərin gündəliyə salınacağını da dəqiq deyə bilmərik. Çünki, gündəlik bəlli olmayandan sonra bu haqda nəsə söyləmək düzgün olmazdı.  Hələ biz bilmirik Azərbaycanla əlaqədar hansı məsələ gündəliyə düşəcək, yoxsa yox. Yəqin ki, Azərbaycanla əlaqədar elə bir məsələ olmayacaq. Konkret indidən nəsə demək düzgün olmazdı”-deyə E.İbrahimov vurğulayıb.

Deputat bildirib ki, Azərbaycanla bağlı gündəlik Ermənistanda parlament tam formalaşandan sonra açıqlanacaq.  Millət vəkilinin fikrincə, məsələ ilə əlaqədar qrumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin Azərbaycana səfəri gözlənilir:

“Qarabağ məsələsinin müzakirə olunub, olunmayacağı ATƏT PA sədrinin xüsusi nümayəndəsi Joao  Suareşin səfərindən sonra bilinəcək. O, bu yaxınlarda Azərbaycana gəlməlidir. Biz Batumidə bir yerdə idik onunla. O da gözləyir ki, Ermənistanda parlament formalaşsın. Çünki o, gələndə təkcə Azərbaycana gəlməyəcək, Ermənistana da gedəcək. O Azərbaycana gələndə bilinəcək gündəliyə hansı məsələ çıxarıla bilər. Bütövlükdə deyə bilmərəm ATƏT PA-nıı gündəliyinə Azərbaycanla bağlı məsələ salınacaq, yoxsa yox”

Qeyd edək ki, iyulun 5-dən 9-dək Monakoda ATƏT Parlament Assambleyasının illik 21-ci sessiyası keçiriləcək. Sessiyada Monako bəyannaməsi qəbul olunacaq və ATƏT Parlament Assambleyasının yeni prezidenti seçiləcək.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza