Modern.az

Yoluxma halları artsa, bölgələrdə də sərt tədbirlər tətbiq olunacaq - Əli Əsədov

Yoluxma halları artsa, bölgələrdə də sərt tədbirlər tətbiq olunacaq - Əli Əsədov

4 İyun 2020, 14:13

“Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı halda, sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaq”.

 

Modern.az-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov vətəndaşlara müraciətində bildirib.

 

Qeyd edək ki, artıq Nazirlər Kabineti yanında Operativ Qərargah aktiv yoluxma hallarındakı artım səbəbindən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunması barədə qərar qəbul edib.

 

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu