Modern.az

Prezident Zuğulbada açılış mərasimində iştirak edib

Prezident Zuğulbada açılış mərasimində iştirak edib

Təhsil

16 May 2012, 14:04

Modern.az-ın məlumatına görə, mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Zuğulbada inşa olunmuş “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin açılışında iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verib. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra məlumat verilib ki, inşasına 2010-cu ilin mayından başlanılan və 13,5 hektar ərazidə salınan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində yeddimərtəbəli əsas korpus, nəzarət-buraxılış məntəqəsi, konfrans bölməsi, idman meydançaları, qazanxana, nasosxana, açıq və qapalı su hovuzları, xüsusi çimərlik sahəsi, ikimərtəbəli kotteclər, dəniz kənarında restoranlar, çay evi və digər istirahət guşələri yaradılıbdır. Həm mərkəzin qarşısında, həm də sahil boyu ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılıb.  Əsas korpusla tanışlıq zamanı bildirilib ki, binanın ümumi sahəsi 25 min kvadratmetrə yaxındır. Burada 328 yerlik yataq və istirahət otaqları yaradılıb. Binanın birinci mərtəbəsində istirahət guşələri qurulmuş, qeydiyyat və gözləmə zalı, 200 nəfərlik restoran, 400 nəfərlik konfrans zalı vardır. Mərkəzdə fitnes və qapalı su hovuzu da fəaliyyət göstərir. Burada ən müasir idman avadanlığı quraşdırılıb, bilyard və boulinq zalları, balacalar üçün uşaq mərkəzi yaradılıbdır. Sonra Prezident İlham Əliyev mərkəzin otaqlarında yaradılan şəraitlə tanış olub. Prezident mərkəzin altıncı mərtəbəsində yaradılmış prezident nömrəsində də olub. Dövlət başçısı eyvandan dənizin mənzərəsini və ətrafı seyr edib. Daha sonra Azərbaycan Prezidenti mərkəzin ərazisini gəzib. Qeyd olunub ki, ərazidə əsas korpusla yanaşı, ikimərtəbəli 8 kottec inşa edilib. Açıq havada yaradılan iki su hovuzu həm böyüklər, həm də kiçiklər üçün nəzərdə tutulubdur. Burada konsert və digər əyləncəli proqramların təşkili üçün 200 yerlik amfiteatr, futbol, voleybol, tennis meydançaları, uşaqlar üçün əyləncə guşəsi yaradılmışdır, ilin bütün mövsümləri üçün nəzərdə tutulan qapalı və açıq restoranlar, çay evi fəaliyyət göstərir. İstirahət məkanını dənizin çimərliyi tamamlayır. Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivi təbrik edib. Modern.az                                        
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza