Modern.az

Avtobuslarda kondisionerlərin işə salınmasına göstəriş verildi

Avtobuslarda kondisionerlərin işə salınmasına göstəriş verildi

4 İyun 2020, 15:35

Yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq müntəzəm sərnişin avtobuslarında sərinlədirmə sistemlərinin işə salınmasına göstəriş verilib.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, sərnişinlərin rahatlığı baxımından qəbul olunan qərarla bağlı daşıyıcılara da xəbərdarlıq edilib:

 

"Artıq bu gündən mərhələ ilə avtobuslarda sərinləndirmə sistemləri işə salınır. Qeyd edim ki,bundan əvvəlki illərdə də məhz sərnişinlərin rahatlığı nəzərə alınaraq sərinləndirmə sistemləri vaxtından əvvəl işə salınıb".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi