Modern.az

“Vətəni Tani” kampaniyasının final turu keçirilib-FOTOLAR

“Vətəni Tani” kampaniyasının final turu keçirilib-FOTOLAR

Təhsil

16 May 2012, 15:59
Azərbaaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Vətəni Tanı” Ümumrespublika Kampaniyasının Bakı şəhəri üzrə final turu keçirib.

Tədbirdə millət vəkili Fuad Muradov çıxışında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında gənclərin rolundan danışıb. Deputat bildirib ki, Azərbaycanın aktiv gəncliyi hər zaman öz gücünü və dəsətyi nümayiş etditməyə qadirdir.
Turnirdə Bakı şəhərinin 11 rayon üzrə keçirilmiş seçim turlarının qalibləri də iştirak edib. Yarışma iki qrup üzrə aparılıb. Birinci qrup xəritə maketinin üzərində Azərbaycanın inzibati-ərazi vahidlərini yığıb. Bu yarışmada Binəqədi rayonu 128 saylı orta məktəbin 8-ci sinif şagirdi Alıyeva Göyçək 3 dəqiqə 02 saniyə ərzində 11 nəfər arasında maketi hamıdan tez dolduraraq qalib olub. Digər yarışma isə komputer vasitəsi ilə həyata keçirilib. Burada da şagirdlər xəritə maketi üzərində ölkəmizin inzibati-ərazi vahidlərini digər həmkarlarından tez yığmağa çalışıblar. Yarışda Yasamal rayon 175 saylı orta məktəbin 9-cu sinif şagirdi Bilalova Milana 2 dəqiqə 07 saniyə ərzində xəritəni hazır vəziyyətə gətirib. Beləliklə hər iki yarışmann qalibi xanım olub. Bununla da hər iki Bakı turnirinin qalibi Respublika Final mərhələsində Bakını təmsil etmək hüququna yiyələnib.

Qeyd edək ki, “Vətəni Tanı” kampaniyası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəsmi tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın suverrenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaq,dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun çatdırılmaqdan ibarətdir.  

 

 

 

 

 

 

 

Anar Kəlbiyev

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza