Ukraynadakı Azərbaycan diasporu azərbaycanlı iş adamı İqbal Mahmudovun öldürülməsiylə bağlı bu ölkənin hüquq-mühafizə orqanlarılna müraciət edib.
Ukraynadakı Azərbaycan diasporunun regional təşkilatlarının rəhbərləri Donetsk Azərbaycanlıları Konqresinin sədri İqbal Mahmudova sui-qəsdin açılmasını istəyiblər. Azərbaycan diaspor təşkilatlarının rəhbərləri cinayətin hərtərəfli, obyektiv araşdırılmasını və bu alçaq cinayəti icra edənlərin və sifarişçilərinin qısa vaxt ərzində tapılmasını tələb ediblər.
Krımda fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin rəhbəri Rəhim Hümbətovun Modern.az-a verdiyi məlumata görə, müraciət Ukraynanın Dnepropetrovsk əyalətində fəaliyyət göstərən Azərbaycan Konqresinin rəhbəri Qüdrət Hacıyev, Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov regional təşkilatının sədri Qurban Abbasov, Ukraynanın Krım və digər regionlarındakı diaspor təşkilatlarının rəhbərləri tərəfindən dəstəklənib.
Modern.az