Modern.az

«Müsavat»ın qərargahında aclıq aksiyası

«Müsavat»ın qərargahında aclıq aksiyası

Təhsil

16 May 2012, 17:04
İctimai Palatanın bir qrup üzvü mayın 16-dan Müsavat partiyasının qərargahında aclıq aksiyasına başlayıb. Beşi qadın, üçü kişi olmaqla aclığa başlayan 8 nəfərin arasında İP-nın 2 aprel 2011-ci il aksiyasına görə həbs edilmiş, indi artıq azadlıqda olan müsavatçı Elşən Həsənli, eləcə də övladları hazırda həbsdə olan Başxanım Abbaslı və İbrahim Hacıbəyli də var.

Aksiyada məqsəd beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı şəxslərin həbsdən azad olunması və «Eurovision-2012» ərəfəsində Azərbaycanda olan xarici jurnalistlərin və beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəltməkdir.

Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı "Azadlıq" radiosuna deyib ki, daha dörd nəfər aclığa başlamaq niyyətindədir və bu aksiya davamlı olacaq.

Hazırda müxtəlif cəzaçəkmə müəssisələrində saxlanan 2 aprel məhbusları da mayln 15-dən həbsxanada aclıq aksiyasına başlayıblar. Gülağa Aslanlının sözlərinə görə, Rüfət Hacıbəyli istisna olmaqla aclıq edənlərin hamısı karserə salınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə aclıq edənlərin karserə salınması barədə deyilənləri təkzib edib. Və "Azadlıq" radiosuna bildirib ki, 2 aprel məhbuslarından cəmi altı nəfər aclıq aksiyasına başlayıb:

Aksiyada məqsəd beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı şəxslərin həbsdən azad olunması və «Eurovision-2012» ərəfəsində Azərbaycanda olan xarici jurnalistlərin və beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəltməkdir.

Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı deyir ki, daha dörd nəfər aclığa başlamaq niyyətindədir və bu aksiya davamlı olacaq.
«Mövcud qanunvericiliyə görə belə bir aksiyaya başladığını elən edən məhbuslar digərlərindən təcrid edilirlər. Həmin altı nəfər də həbsxana əməkdaşlarının və həkimin nəzarəti altında ayrıca saxlanılırlar».

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza