Modern.az

Azərbaycan diasporu qondarma “DQR”in bayrağını Lvovdan yığışdırtdırıb

Azərbaycan diasporu qondarma “DQR”in bayrağını Lvovdan yığışdırtdırıb

Təhsil

16 May 2012, 17:25


Ukraynanın Lvov şəhərinin mərkəzində yerləşən “Knyaja kelıx” restoranında bir çox ölkələrin, o cümlədən Azərbaycanın bayrağı ilə yanaşı, qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının asılması etirazlara səbəb olub. Maraqlı məqamlardan biridə odur ki, restoranın sahibi həm də Ukrayna parlamentinin üzvüdür.

Bu məsələ ilə əlaqədar Ukrayna Azərbaycan Gənclər Birliyinin həmtəsisçisi və baş katibi Ayaz Salmanovla əlaqə saxladıq. A.Salmanov Modern.az-a bildirdi ki, hadisədə barədə məlumat alandan sonra hərəktə keçiblər.

 “Tərəfimizdən bu məsələni araşdırmaq üçün Ukrayna Azərbaycanlıları Konqresinin Lvov Vilayət Təşkilatının sədri Məcid Nuxiyevə müraciət olunub. Nəticə isə yaxşı olub. Bu gün Məcid Nuxiyevin verdiyi məlumata görə. həmin bayraq artıq yığışdırılıb”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza