Modern.az

XİN: ““David Qareci” məsələsinə baxılır”

XİN: ““David Qareci” məsələsinə baxılır”

Təhsil

16 May 2012, 17:33

“David Qareci” kilsəsinin məsələsinə dövlətlərarası komisiyyalar tərəfindən baxılır. Bu barədə Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Nazirlik rəsmisi bildirib ki, Azərbaycanla-Gürcüstan arasında demarkasiya və delimitasiya üzrə dövlət komisiyyaları fəaliyyət göstərir. Sərhədlərin müəyyən olunması və sərhədlər məsələsinə məhz bu komisiyyalar çərçivəsində baxılır.

““David Qaraci” kilsəsinin məsələsinə də bu komisyalar çərçivəsində baxılır”. 

E.Abdullayev onu da qeyd edib ki, monastrın yerləşdiyi ərazidə maneəsiz gediş-gəliş var, və erməni mətbuatının iddia etdiyi kimi orada hər hansı post qurulmayıb.  

Mail Ağaxanov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza