Modern.az

Prezident Norveç Kralını təbrik edib

Prezident Norveç Kralını təbrik edib

Təhsil

16 May 2012, 18:32

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Norveç Kralı Əlahəzrət V Haraldı milli bayram münaisbəti ilə təbrik edib. Ölkə başçısının təbrik məktubunda deyilir:

- “Əlahəzrət,

 Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 Əminəm ki, Azərbaycan-Norveç münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra da öz inkişafını davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

 Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına sülh və firavanlıq diləyirəm”

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza