Modern.az

Deputat: “Azərbaycan informasiya müharibəsində erməniləri məhv edir”

Deputat: “Azərbaycan informasiya müharibəsində erməniləri məhv edir”

Təhsil

16 May 2012, 17:30

Millət vəlkili Fuad Muradov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının həyata keçirtdiyi “Vətəni Tanı” Ümumrespublika Kampaniyasının Bakı şəhəri üzrə Final turnirində iştirak edib. Deputat kampaniyanın əhəmiyyətinmi yüksək qiymətləndirib.F.Muradov uşaqlar arasında bu müsabiqənin bir ildən çoxdur ki həyata keçirildiyini diqqətə çatdırıb:

“Keçən ilin aprel ayında cənab prezidentlə görüş keçirildivə orada bu kampaniya haqqında geniş məlumat verildi. Görüş zamanı biz həmin xəritəni cənab prezidentə təqdimm etdik və bundan sonra dövlət gənclər proqramının işlənməsinə başlanıldı. Artıq bu proqram təcrübəsində “Vətəni Tanı” kampaniyası dövlət gənclər proqramına salınmışdı. Əsas məqsəd ondan ibarətdir ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvər ruhda böyüsünlər. İndi hələki Azərbaycan xəritəsi istiqamətində yarışlar keçirilir. Bunun qarşıda Azərbaycan mədəniyyəti və tarixi yarışması var. Ölkəmizin bu istiqamətdə xəritələrinin hazırlanmasını planlaşdırırıq”.

Millət vəkilinin sözlərinə görə, layihənin bir il keçirilməsi nəzərdə tutulsa da  böyük maraq doğurduğu üçün uzadılmasına qərar verilib.

“Dövlət gənclər proqramında qeyd olunub ki, biz  yarışmanı 8-11-ci siniflər arasında keçiririk. Gələn ildən isə bunu daha da gəncləşdirəcəyik. Biz bir məsələni gördük ki, uşaqlar əyani vəsait olanda Azərbaycanı daha yaxşı tanıyırlar və işğal olunmuş torpaqlarımız haqqında daha dolğun məlumat ala bilirlər. Bu gün Azərbaycanın mədəniyyətinin tanınması ilə bağlı çox böyük işlər görülür. Bu baxımdan bizdə düşündük ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi hər dəqiqə gündəmdə olan bir məsələ olmalıdır. Bizim böyüyən nəsil olan uşaqlarımız, gənclərimiz bilməlidirlər ki, tarixdə belə bir hadisə baş verib. Və eyni zamanda unutmalı deyillər ki, bizim böyük bir məqsədimiz var. Bu məqsəd də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır”-deyə deputat vurğulayıb.

F.Muradov Azərbaycanın Qarabağ məsələsində ermənilərdən üstün olduğu bildirib. Onun sözlərinə görə, dünyada gedən proseslər onu göstərir ki, Azərbaycan informasiya müharibəsində xeyli irəliyib:

“Bildiyimiz kimi bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlükdə sədrliyə başlayıb. Çox böyük canfəşanlıq ilə erməni tərəfi çalışırdı ki, buna hansısa mənfi çalarlar yaxsın. Amma buna baxmayaraq bu sədrlik yüksək səviyyədə başladı. Cənab prezidentin fikirlərində açıq şəkildə beynəlxalq təşkilatlara,qurumlara və böyük dövlətlərə çağırış oldu. Təbii ki, ermənilər bundan çox narahat oldular. Onlar elə düşünürlər ki, biz beynəlxalq tədbirlərdə bu məsələləri gündəmə gətirməli deyilik. Onlar bir çox tədbirlərdə bu yollara əl atıblar. Artıq biz indiki mərhələ də çağırışlar edirik və beynəlxalq təşkilatları bu məsələyə göz yunmamağa çağırırıq. Artıq bunun da bəhrəsidə var. Bir çox böyük dövlətlər öz sözlərini açıq bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır. Qaçqın və köçkünlər öz evlərinə qayıtmalıdırlar. Artıq bu məsələ müzakirə predmeti deyil. İndi ATƏT-in Minsk qrupu çərçivəsində məsələlər var ki, onlar müzakirə olunur. Amma bu məsələyə beynəlxalq ictimaiyyət tərəfindən tam aydın şəkildə mövqe bildirilib”.

Anar Kəlbiyev

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza