Modern.az

Deputat Azərbaycan və erməni icmaları arasında etimadın yaradılmasını istəyir

Deputat Azərbaycan və erməni icmaları arasında etimadın yaradılmasını istəyir

Təhsil

16 May 2012, 19:34

Azay Quliyev: “Azərbaycan Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə birbaşa təmas qura bilmir”

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında etimadın yaradılması vacibdir.  Bunu  Gürcüstanın Batumi şəhərində “ATƏT regionunda davamlı iqtisadi əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi” mövzusunda  keçirilmiş konfransda millət vəkili Azay Quliyev deyib. Millət vəkili bildirib ki,  Azərbaycanın buna hazır olduğu halda indiyə qədər Ermənistan tərəfindən müsbət cavab yoxdur: “Azərbaycanın  1992-ci ildən başlayaraq, Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir. Dağlıq Qarabağda erməni işğalçı qüvvələri yerləşdiyindən, Azərbaycan Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə birbaşa təmas qura bilmir. İşğalçı ölkə ilə iqtisadi əlaqələrə münasibət bildirən Azay Quliyev bunun mümkün olmadığını deyib: “Əgər bir ölkə digər ölkənin müstəqilliyini və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini tanımırsa, onun ərazisini 20 ildir ki işğal altında saxlayırsa və beynəlxalq hüquqa açıq şəkildə hörmətsizlik edirsə, belə ölkə ilə necə əməkdaşlıq etmək olar?”. Sonda isə o, ATƏT PA-nın rəhbərliyinə müraciət edərək təklif edib ki, etimad mühitinin yaradılması ilə bağlı mütləq bir mexanzm hazırlansın, qeyd olunan faktlar nəzərə alınmaqla bu istiqamətdə konkret addımlar atılsın və bu mexanizm Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının, AŞ PA və ATƏT-in qətnamələrinə uyğun şəkildə həllinə köməklik etmiş olsun.

Modern.az

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza