Modern.az

Dəhşətli qəzada bir ailədən ölən 4 nəfərin adı açıqlanıb

Dəhşətli qəzada bir ailədən ölən 4 nəfərin adı açıqlanıb

Təhsil

16 May 2012, 23:12

Fövqəladə Hallar Nazirliyi mayın 16-da baş vermiş dəhşətli qəzada ölənlərin adlarını açıqlayıb. Modern.az-ın məlumatına görə, nazirlik bildirib ki, Bakı şəhəri, Qobustan rayonunda Bakı-Şamaxı yolunun 72-ci kilometrliyində “Mercedes” markalı minik avtomobili və “ZİL” markalı propan qazı daşıyan yük avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin mühərrikində elektrik avadanlığı yanıb, sürücü - 1978-ci il təvəllüdlü Əfqan Qəhrəman oğlu Rəhimov xəstəxanaya aparılarkən yolda, sərnişinləri - 1979-cu il təvəllüdlü Kəmalə Azad qızı Rəhimova, 2000-ci il təvəllüdlü Yusif Əfqan oğlu Rəhimov, 2004-cü il təvəllüdlü Röyal Əfqan oğlu Rəhimov hadisə yerində ölüb, yük avtomobilinin sürücüsü yaralanıb. Yaralı xəstəxanaya aparılıb.
Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza