AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, Zaqatala rayonunda bu gün daha bir zəlzələ olub. Yeraltı təkan yerli vaxtla 05:05:03-də Zaqatala rayonundan 8 km cənubda qeydə alınıb. Zəlzələnin 3.2 bal gücündə olduğu bildirilib. Lakin yaşayış məntəqələrində yeraltı təkan hiss olunmayıb. Dağıntı və insan təlafatı yoxdur.
Modern.az