Ötən gecə Bakı – Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Modern.az xəbər verir ki, qəza şossenin “Gənclər şəhərciyi” adlanan yaşayış massivi yaxınlığında Sumqayıt istiqamətində olub. Belə ki, Sumqayıt istiqamətində hərəkət edən “Prado” markalı maşın yoldakı dəmir dirəklərə çırpılaraq aşıb. Nəticədə avtomobilin sürücüsünün ciddi xəsarət alıb, onun qıçları sınıb. Hadisə yerinə cəlb olunan DYP əməkdaşları kran və evakuator vasitəsi ilə maşını hadisə yerindən evakuasiya ediblər.