Özbəkistanda koronavirusuna yoluxanların sayı son sutka ərzində 87 xəstə artaraq 4181-ə çatıb.
Modern.az xəbər verir ki, bununla bağlı Özbəkistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, indiyədək 3268 xəstə sağalıb, 896 pasiyent müalicədədir, 11-nin vəziyyəti ağır olaraq qalır, 17-si dünyasını dəyişib.
Operativ Qərargahdan bildirilib ki, iyunun 8-dən yaşıl və sarı bölgüdə olar regionlarda ictimai nəqliyyatın hərəkəti bərpa ediləcək.