Modern.az

Nyu-Yorkda komendant saatı ləğv edildi

Nyu-Yorkda komendant saatı ləğv edildi

7 İyun 2020, 17:22

Nyu-York meri Bill de Blasio şəhərdə komendant saatının ləğv olunduğunu elan edib.

 

Modern.az-ın RİA Novosti-yə istinadən məlumatına görə mer bildirib ki, artıq etiraz aksiyaları dinc formaya keçdiyi üçün belə bir qərar alıblar.

 

Qeyd edək ki, Nyu-York-da davam edən iğtişaşlardan sonra hakimiyyət bazar gününə qədər komendant saatı tətbiq etmişdi.

 

Mer bununla bağlı Twitter səhifəsində belə yazıb:

 

"New York: Komendant saatını ləğv edirik. Dünən şəhərimizin sakinləri yaxşı nümunə göstəriblər. Ona görə də, sabah komendant saatı ləğv olunur”.

 

Bundan əvvəl də Nyu-York əyalətinin qubernatoru Endryu Cuomo bildirmişdi ki, hakimiyyət koronavirus pandemiyasına görə şəhərdə tətbiq olunan məhdudiyyətləri iyunun 8-dən qaldırmağa başlayacaq. Artıq sabahdan etibarən şəhərdə topdan və pərakəndə ticarət işləri yenidən davam edəcək. Restoran və barlar da fəaliyyətini bərpa edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək