Modern.az

Hakimiyyətlə “Taliban” arasında danışıqlar bu ölkədə keçiriləcək

Hakimiyyətlə “Taliban” arasında danışıqlar bu ölkədə keçiriləcək

7 İyun 2020, 20:58

Ölkədəki vəziyyətin nizamlanmasına dair Əfqanıstan hakimiyyəti və “Taliban” hərəkatı arasında danışıqlar Qətərdə keçiriləcək.

Modern.az xəbər verir ki, münaqişə tərəfləri arasında danışıqların Qətərdə keçirilməsinə dair ilkin razılıq əldə olunub. Danışıqların keçiriləcəyi dəqiq vaxt barədə məlumat verilməsə də, onların əsirlərin azad edilməsi üzrə öhdəliklərin yerinə yetirilməsindən sonra baş tutacağı bildirilir.

Qeyd edək ki, fevralın 29-da Doha şəhərində “Taliban” hərəkatı və ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, martın 10-dan etibarən “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlamalı idi. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyindəki minə yaxın əməkdaşı azadlığa buraxılmalıdır.

Hazırda Əfqanıstan hakimiyyəti “Taliban” hərəkatının 2,7 minə yaxın tərəfdarını, taliblər isə hökumət qüvvələrinin 450-dən çox əməkdaşını əsirlikdən azad edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək