Modern.az

Britaniyada koronavirusdan ilk dəfə 100-dən az ölüm halı qeydə alınıb

Britaniyada koronavirusdan ilk dəfə 100-dən az ölüm halı qeydə alınıb

7 İyun 2020, 22:43

Böyük Britaniyada martın 23-dən sutka ərzində yeni növ koronavirusdan ilk dəfə 100-dən az ölüm halı qeydə alınıb

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyindən bildiriblər.

Məlumata əsasən, son sutkada koronavirusdan daha 77 nəfər dünyasını dəyişib. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 40 542 nəfərə çatıb.

 

Son sutka ərzində daha 1 557 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 286 minə çatıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək