Rusiyanın paytaxtında silahlı insident qeydə alınıb.
Modern.az xəbər verir ki, Moskvada naməlum şəxs evinin pəncərəsindən insanlara odlu silahdan atəş açıb.
Məlumata görə, insident nəticəsində iki nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır.
Bildirilir ki, atəş açan şəxs hələki saxlanılmayıb. İnsidentin təfərrüatları araşdırılır.