Modern.az

ASALA terror təşkilatı geri qayıdıb? – FOTO

ASALA terror təşkilatı geri qayıdıb? – FOTO

Dünya

8 İyun 2020, 11:29

Ermənistanda koronavirus pandemiyasının vüsət aldığı məqamda sosial şəbəkələrdə Yerevanda çəkilən foto yayımlanıb.

Modern.az xəbər verir ki, fotoda başlarına ASALA terror təşkilatının emblemi olan maskalar taxmış 2 şəxsin polis tərəfnidnə saxlanıldığı an əks olunub. Bəzi erməni istifadəçilər terror qruplaşmasının yenidən fəaıiyyətə başladığını yazıblar.

Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu (ASALA) 1975-ci ildə Livanın Beyrut şəhərində yaradılıb. Qruplaşma dünyanın müxtəlif ölkələrində 20-dən artıq türk diplomatlarını qətlə yetirib. 1990-cı illərin əvvəllərindən qruplaşma fəaliyyətini dayandırıb.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım