Modern.az

“JARA” təxirə salındı

“JARA” təxirə salındı

Aktual

8 İyun 2020, 18:40

Bu il 29 iyul – 2 avqust tarixləri arasında Bakıda  keçirilməsi planlaşdırılan “JARA” beynəlxalq musiqi festivalı təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından biri – Xalq artisti Emin Ağalarov məlumat verib.


“Əziz dostlar, biz çox təəssüf edirik ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər ucbatından biz Bakıdakı "JARA" musiqi festivalını 2021-ci il 28 iyul – 1 avqust tarixlərinə keçirməyə məcburuq”, - Ağalarov İnstaqram hesabında yazıb.

 

Xalq artisti bildirib ki, gələn il keçiriləcək festivalın konsert proqramı və ora dəvət olunan artistlər dəyişilməz olaraq qalacaq

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!