Türkiyədə son sutka ərzində daha 19 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 711 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 989-nun cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 171 121 nəfərə çatıb. Müalicə olunan 3 411 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 141 380 nəfər koronavirusdan müalicə olunub".