Modern.az

Avropanın bu ölkəsi də koronavirusdan QURTULDU

Avropanın bu ölkəsi də koronavirusdan QURTULDU

9 İyun 2020, 09:55

Dünyanın daha bir ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Avropa qitəsində yerləşən, həm ərazisi, həm də əhalisinin sayına görə, dünya ölkələrinin ən kiçiyi olan Vatikan Şəhər Dövlətində infeksiyaya yoluxmuş 12 nəfərin hamısı sağalaraq evə buraxılıb. 

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Vatikanı koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Törks və Kaykos Adaları, Monteneqro, Aruba, Britaniya Vircin Adaları, Men adası, Qrenlandiya, Fici Aadaları Respublikası Yeni Zelandiyada koronaviruslu xəstə qalmayıb.

 

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var