Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında daha 5 nəfərdə koronavirus tapılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yoluxanlardan biri yaxınlarda Rusiyadan qayıdıb, 4 nəfər isə 1 ailənin üzvüdür.
Hazırda Qarabağda COVİD-19-a yoluxan 64 nəfərdən 41-i sağalıb, 23 nəfərin müalicəsi davam etdirilir.