Ermənistan baş naziri Nikol Paşinyan iyunun 24-də Moskvada Qələb Gününə həsr olunmuş paradda qonaq qismində iştirak edəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu məlumatı baş nazirin mətbuat katibi Mane Qevorqyan açıqlayb.
Bundan əvvəl, Serbiya prezidenti Aleksandr Vuçiç, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Moldova prezidenti İqor Dodon iştirak edəcək.
Ənənəvi olaraq, mayın 9-da keçirilən hərbi parad bu il iyunun 24-də keçiriləcək.