Bakı şəhər Baş Polis İdarəsi Qiyas İbrahimovun intihara cəhd etməsi faktı ilə bağlı məlumat yayıb.
İdarədən Modern.az-a verilən məlumatda qeyd olunur ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da , saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək qanunsuz çağırışlar edib.
Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.
Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcəkdir.