Pakistanda ötən sutka daha 5385 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 83 nəfər virusun qurbanı olub.
Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 113 702-yə, ölənlərin sayı isə 2255-ə yüksəlib.
Qeyd edək ki, sön göstərici ilə Pakistan Səudiyyə Ərəbistanını geridə qoyaraq koronavirusun yayılmasına görə dünya ölkələri sırasında 15-ci pillədə qərarlaşıb. Ölkədə COVID-19 xəstələrinin sayı hər ötən gün artmaqdadır.
T.İSMAYIL