Rusiyada bu gün 8 404 nəfər koronavirusa yoluxub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, beləliklə, ölkədə viruslu xəstələrin sayı 493 657 nəfər olub. Bundan başqa, ötən sutka ərzində 10 386 nəfər də sağalıb.
Rusiyada bu günə qədər 6 358 nəfər COVİD-19-a görə vəfat edib, 252 783 nəfər isə sağalıb.