Dünya ölkələrində təbii qaza tələbat azalıb.
Modern.az Beynəlxalq Energetika Agentliyinə istinadən xəbər verir ki, 2020-ci ildə təbii qaza olan tələbat 4% azalacaq ki, bu da tarixdə ən ciddi azalma olacaq.
Qaza olan tələbatın azalması koronavirus pandemiyası və temperaturun normadan yüksək olması ilə bağlıdır. Hazırda qazın qiyməti ilə bağlı ciddi korreksiyalar olsa da, 2021-ci ildə qiymətlərin bahalaşması gözlənilir.