Dünyanın daha bir ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.
Modern.az xəbər verir ki, Laos Xalq Demokratik Respublikasında infeksiyaya yoluxmuş 19 nəfərin hamısı sağalaraq evə buraxılıb.
Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Laosu koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.
Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Törks və Kaykos Adaları, Monteneqro, Aruba, Britaniya Vircin Adaları, Men adası, Qrenlandiya, Fici Aadaları Respublikası, Yeni Zelandiya və Vatikanda koronaviruslu xəstə qalmayıb.
ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.
T.İSMAYIL