ABŞ Konqresi Rusiyaya qarşı sərt sanksiyaları nəzərdə tutan qanunu müzakirə edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Respublikaçı konqresmenlərin təklifi ilə Rusiya dünyada terrora sponsorluq edən ölkələrdən biri elan oluna bilər.
“Liviyadan Suriyaya, İrana, Ukraynaya, Solsberiyə, Aralıq dənizindən Cənubi-Şərqi Çin dənizinə kimi hər yerdə Rusiya ABŞ-ın maraqlarına zərbə vurur, demokratiyanın təməlini silkələyir”-deyə sənəddə vurğulanıb.
Ən sərt tədbirlərdən biri kimi Rusiyanın SWIFT beynəlxalq bank sistemindən çıxarılması da var.