İsveçin baış naziri Ulof Palmenin qətlindən 34 il sonra onu öldürən şəxsin adı açıqlanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveç prokuroru Krister Peterson baş naziri 20 il əvvəl ölmüş qrafik dizayner Stiq Enqstremin öldürdüyünü deyib.
“O öldüyü üçün barəsində cinayət ittihamını irəli sürə bilmirəm. Cinayət işinin bağlanması barədə qərar verirəm”.
Ulof Palme 1969-1976 və 1982-1986-cı illərdə İsveçin baş naziri olub. O 1986-cı ildə Stoqholum mərkəzində yolodaşı və oğlu ilə kinoteatrdan evə dönərkən güllələnib. Cinayət zamanı hadisə yerində olan Enqstrem bir neçə dəfə sorğu-sual olunsa da, azadlığa buraxılmışdı. O 2000-ci ildə intihar edib.