Modern.az

Məhkəmə Qiyas İbrahimovla bağlı QƏRAR VERDİ

Məhkəmə Qiyas İbrahimovla bağlı QƏRAR VERDİ

Aktual

10 İyun 2020, 18:08

İctimai fəal Qiyas İbrahimov cərimələnib.

 

Modern.az-ın məlumatına görə, Nizami rayon Məhkəməsi Q.İbrahimovun 50 manat cərimə olunmasına dair qərar çıxarıb.

 

Xatırladaq ki, Q.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

 

Qeyd edək ki, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək qanunsuz çağırışlar edib. Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. Polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində o xilas edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular