Modern.az

Gürcüstanda koronavirusa yoluxma sayı 827-yə çatdı

Gürcüstanda koronavirusa yoluxma sayı 827-yə çatdı

10 İyun 2020, 20:18

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 5 yoluxma halı qeydə alınıb.  

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı 827 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 3230 nəfər karantində saxlanılır, 285 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 690 nəfər sağalıb, 13-ü isə dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək