Modern.az

"Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi

"Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi

Təhsil

18 May 2012, 18:06

Güney Azərbaycanda 2006-cı ilin 22 mayında baş vermiş iğtişaşların ildönümü ərəfəsində İran mətbuatında azərbaycanlılara qarşı aşağılayıcı yazıların sayı artıb.

Vaxtilə rəsmi “İran” qəzetinin buraxdığı səhvi bu dəfə “Etimad” qəzeti təkrarlayıb.

Modern.az xəbər verir ki, 22 may hadisələrinin ildönümü ərəfəsində İranın "Etimad" qəzeti  bu ölkədə yaşayan azərbaycanlıları inəyə oxşadıb.

6 il öncə Güney Azərbaycanda baş vermiş böyük xalq etirazlarından yazan qəzet, bu hadisələrin ildönümü ərəfəsində məlum olayları ələ salmaqdan çəkinməyib. Qəzet hadisəni "Azərbaycanlıların buynuzunu qırdıq" başlıqlı yazı ilə şərh edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza