Modern.az

Türkiyədə 150 minə yaxın insan COVİD-19-a qalib gəldi

Türkiyədə 150 minə yaxın insan COVİD-19-a qalib gəldi

11 İyun 2020, 21:49

Türkiyədə son sutka ərzində daha 17  nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 763 nəfərə çatıb:

"Bu gün ölkədə 49 190 şübhəli koronavirus testindən keçib. Koronavirus testindən keçənlərdən987-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  174 023  nəfərə çatıb. Müalicə olunan 1 021  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  147 860  nəfər koronavirusdan müalicə olunub".

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək