Modern.az

İtaliyada daha 53 nəfər koronavirusun qurbanı oldu

İtaliyada daha 53 nəfər koronavirusun qurbanı oldu

11 İyun 2020, 22:21

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 53 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

 

Məlumata əsasən, bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 34 167 nəfərə çatıb.
Bildirilir ki, son sutka ərzində koronavirusa yoluxanların sayı artaraq 236 142  nəfər təşkil edib.

Qeyd edək ki, indiyədək İtaliyada 171 338 nəfər insan koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək