“ABŞ-ı Trampın ölümcül siyasətinə görə SSRİ-nin aqibəti gözləyir”.
Modern.az xəbər verir ki, bunu məşhur fransız şərhçisi, “Le Figaro” qəzetinin əməkdaşı Nikolya Bavre söyləyib.
Onun fikrincə, ABŞ-ı 4 böhran sarsıdıb. Bunlar arasındza 110 min can alan koronavirus pandemiyası, pandemiyanın səbəb olduğu iqtisadi vurğunluq, qaradərili Corc Floydun ölümü ilə başlayan iğtişaşlar və Trampın nifrət dolu açıqlamalar verməsidir.
Bavre Trampın hakimiyyət qolları arasında yaranmış balansı tədricən pozmağa çalışdığını da əlavə edib.