Rusiyanın Baş epidemioloqu, akademik Nikolay Briko koronavirusun isit havadakı özəlliklərindən danışıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, ultrabənövşəyi şuaların virusu məhv etdiyini əlavə edib.
“İsti koronavirus üçün arzuolunmazdır. Buna baxmayaraq, daim isti havası ilə seçilən Cənubi Amerikada, xüsusən, Braziliyada bu virusa geniş yayılmağa mane olmur. Braziliyada artıq 802 min insan virusa yoluxub ki, onların da 40 mini ölüb”.
Nikolay Briko izolyasiya tədbirlərinə riayət oluacağı təqdirəd yoluxma hallarının iyunun sonunda azalmağa başlayacağını proqnozlaşdırıb.