“Ermənilərin ABŞ-ın Rod-Aylend ştatının qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımasına nail olmaq cəhdlərinin qarşısı alınacaq”. Modern.az-ın məlumatına görə,bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirib. XİN rəsmisi bəyan edib ki, Azərbaycanın ABŞ-dakı diplomatik missiyası və Azərbaycan icmasının birgə səyi nəticəsində ermənilər öz istəklərinə nail ola bilməyəcəklər:
Qeyd edək ki, ABŞ-ın Rod-Aylend ştatının Nümayəndələr Palatası ABŞ Prezidenti və Konqresini Dağlıq Qarabağda separatçı rejimin müstəqilliyini tanımağa çağıran qətnamə qəbul edib.
Modern.az