ABŞ prezidenti Donald Trampın yoldaşı, ölkənin birinci ledisi Melani Trampla bağlı maraqlı məqam üzə çıxıb.
Modern.az xəbər verir ki, “Vaşinqton Post” qəzetinin araşdırmaçı-müxbiri Meri Cordan birinci ledinin Ağ Evə köçməzdən öncə, nikah müqaviləsinin şərtlərinə yenidən baxdığını söyləyib.
Belə ki, müqavilə Trampın çoxsaylı xəyanətlərinə görə, Melani Trampa çoxmilyonlu təzminatların ödənilməsini nəzərdə tutur.
“İlkin müqavilədə bu barədə müddəa olmadığı üçün birinci ledi Ağ Evə köçməzdən öncə bunu şərt kimi irəli sürmüşdü”-deyə jurnalist bildirir. Melani Tramp isə mətbuata açıqlamasında oğlu Berronun məktəbi bitirməsini gözlədiyi üçün Ağ Evə gec köçdüyünü söyləmişdi.